BDU tələbələri üçün təlim: “Psixologiyada praktik təcrübə və etik yanaşma”

19/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” və “Təhsildə sosial psixologiya xidmətləri” ixtisaslarının tələbələri üçün psixoloq Afaq Məmmədova tərəfindən “Psixologiyada praktik təcrübə və etik yanaşma” mövzusunda təlim keçirilib.

Təlimçi tələbələrə praktik təcrübənin əsas (nəzəri biliklər, peşəkar hazırlıq, diaqnostik bacarıqlar) və əlavə (şəxsi terapiya, superviziya, interviziya) komponentləri, işə yeni başlayan psixoloqların qarşılaşdığı çətinliklər (həyəcan, təşviş, travmalar, etik dilemmalar və s.) və onların aradan qaldırılması yolları, praktikada etik yanaşmalar (zərər verməmək, gizlilik, səriştəlilik, dürüstlük, hörmət və s.) haqqında ətraflı məlumat verib. O bildirib ki, psixoloqun etik qaydaları peşəkar fəaliyyətlərini düzgün şəkildə həyata keçirmək, pasiyentlərinə, həmkarlarına və cəmiyyətə qarşı məsuliyyətli və hörmətli davranmaq üçün əsas prinsipləri müəyyən edir.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026