BDU tələbələri üçün təlim: “Uğurlu ünsiyyət”

28/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Uğurlu ünsiyyət” adlı təlim keçirib. Təlim universitet tələbələrinin şəxsi inkişafı və ünsiyyət bacarıqlarını artırmağa yönəlib. Təlimin məqsədi tələbələrin effektiv ünsiyyət qurma bacarıqlarını artırmaq, bədən dilinin və ünsiyyətin insan münasibətlərindəki əhəmiyyətini vurğulamaqdır.

Psixoloji yardım sektorunun psixoloqu Vasif Bəşirov ünsiyyətin insanın sosiallaşmasındakı rolu və funksiyalarından bəhs edib, onun yalnız məlumat mübadiləsi deyil, həm də emosional bağların qurulması, qarşılıqlı anlayışın formalaşması və daha sağlam sosial əlaqələrin yaradılması baxımından önəmli olduğunu vurğulayıb. Tələbələrə sağlam ünsiyyətin strukturu haqqında məlumat verərək, ünsiyyətin müxtəlif mərhələlərində diqqət etməli olduqları məqamları izah edib.

Daha sonra psixoloq ünsiyyət bacarıqlarının əhəmiyyətini və bu bacarıqların gündəlik həyatdakı rolunu şərh edib. Ünsiyyətin səmərəliliyini artırmaq üçün aktiv dinləmək, düzgün suallar vermək, empatiya və bədən dili kimi amilləri necə istifadə etmək barədə iştirakçılara təlimatlar verib.

Təlimin sonunda iştirakçılara praktik tapşırıqlar verilib, diskussiya aparılıb.

Xəbərlər

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb
30/04/2026

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib

BDU-da “Arxeoloji tədqiqatlarda müasir yanaşmalar və praktiki tətbiqlər” adlı təlim-treninq keçirilib
30/04/2026

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir

BDU-da “Elsevier” şirkətinin silsilə təlimləri davam edir
30/04/2026