BDU tələbələri üçün təlim: “Xaricdə təhsil: Sənin arzun, sənin hədəfin”

07/01/2025

“BDU könüllüləri” təşkilatının Kimya fakültəsi üzrə üzvlərinin və “You will speak” ingilis dili mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsil: Sənin arzun, sənin hədəfin” adlı təlim keçirilib.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov xaricdə təhsilin tələbələrin şəxsi və peşəkar inkişafına təsirindən söz açıb. Xarici dili öyrənməyin qlobal imkanlardan yararlanmaq üçün əsas vasitə olduğunu qeyd edib. Tələbələrə öz məqsədlərinə çatmaq üçün davamlı çalışmaq və yeni biliklər qazanmağın əhəmiyyətli olduğunu bildirib.

Daha sonra “You will speak” ingilis dili mərkəzinin təsisçisi və direktoru Günay Rəsulova xaricdə təhsil mövzusunda praktiki və motivasiyaedici təqdimatla çıxış edib. O, xaricdə təhsil üçün hazırlıq mərhələləri, universitet seçimi zamanı nəzərə alınmalı olan amillər, maliyyə planlaması və təqaüd proqramlarından bəhs edib. Həmçinin qəbul prosesində tələb olunan sənədlər, motivasiya məktublarının yazılması barədə iştirakçılara məsləhətlər verib, şəxsi təcrübəsini bölüşüb.

Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb

BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
22/01/2026

BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb

BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb
22/01/2026

BDU alimləri Azərbaycan Elm Fondunun “İlin Alimi – 2025” müsabiqəsinin qalibidirlər

BDU alimləri Azərbaycan Elm Fondunun “İlin Alimi – 2025” müsabiqəsinin qalibidirlər
22/01/2026