BDU tələbələri nanotexnologiyalar və ekologi təhlükəsizliklə bağlı elmi araşdırma aparırlar

11/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib.

Fizika fakültəsinin II kurs tələbəsi Şəhanə İsaqova “Nanotexnologiya: Su təmizlənməsinə müasir yanaşma” mövzusunda təqdimatla çıxış edib. O, ənənəvi su təmizləmə üsullarından danışaraq, karbon və metal əsaslı nanohissəciklərin sudakı duzların, mikroorqanizmlərin və müxtəlif çirkləndiricilərin effektiv şəkildə aradan qaldırılmasında rolunu vurğulayıb.

Fakültənin III kurs tələbəsi Şəhanə Bəhdudzadə “Ətraf mühitin qorunması və ekoloji təhlükəsizlik” mövzusunda məruzə edib. O, ekoloji təhlükəsizliyin hüquqi bazası, təbii resursların idarə edilməsi, sənaye çirklənməsi, su ehtiyatlarının tükənməsi və iqlim dəyişməsinin yaratdığı qlobal risklər barədə iştirakçılara məlumat verib.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev tələbələrin elmi fəaliyyətə marağının artırılmasının əhəmiyyətini qeyd edərək, onlara gələcək tədqiqatlarında uğurlar arzulayıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026