BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

24/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT), “BDU könüllüləri” təşkilatı, Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşəbbüsü ilə “Narkomaniya ilə mübarizə: preventiv metodlar və sosial-analitik baxış” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin TEC sədrinin müavini Zəhra Əhmədli, TGT sədri Gülnar Babayeva, “BDU könüllüləri” təşkilatının fakültə üzrə sədri İsmayıl İbrahimov, sədr müavini Toğrul Şaxtaxtinski, TEC-in və THİK-in fakültə üzrə İdarə heyətlərinin üzvləri Ali Novruzlu və Tural İsgəndərzadə narkomaniya ilə mübarizədə preventiv metodların əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda bu problemin yalnız hüquqi deyil, sosial-psixoloji və iqtisadi aspektlərinə də toxunulub. Qeyd olunub ki, gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi, erkən müdaxilə mexanizmlərinin tətbiqi və sağlam həyat tərzinin təşviqi narkotik asılılığının qarşısının alınmasında əsas vasitələrdəndir. Sosial mühit, ailə institutu və təhsil müəssisələrinin rolu bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır və kompleks yanaşma olmadan effektiv nəticə əldə etmək mümkün deyil. Çıxış edənlər narkomaniyanın cəmiyyətə vurduğu zərərləri statistik və analitik aspektdə təhlil edərək, bu sahədə dövlət qurumları, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıblar.

Tədbir çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026