BDU tələbələri Novruz bayramının tarixi barədə məlumatlandırılıb

17/03/2025

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “Yeni klub” və Tarix fakültəsinin nəzdindəki "İstiqlal klubu"nun birgə təşkilatçılığı ilə “Novruz bayramı və tarixi ənənələr” mövzusunda tədbir keçirilib.

BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Azərbaycan xalqının erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı olan Novruz bayramının tarixi təqvim bayramı olduğunu deyib. O bildirib ki, mifoloji bayramlar xalqlara öz qədim ənənələrini qoruyub saxlamağa imkan verir. Novruz bayramı yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan ənənəyə çevrilən, mədəni köklərə və mənəvi qaynaqlara bağlı olan qədim xalq bayramıdır. Novruz bayramı türk xalqlarıının el bayramı kimi “Bozqurd, Çağan, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz” və s. kimi adlandırılıb.

Məruzəçi qeyd edib ki, türk xalqlarının etnoqrafiyasında, mifik dünyagörüşündə “Novruz”un “Yaradılış bayramı” olması xüsusilə vurğulanır. İnanca görə, əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olduqları gün martın 21-nə təsadüf etdiyindən, onlar üçün yeni həyat başlanıb.

Daha sonra məruzəçi müxtəlif türk xalqlarının Novruz adətləri barədə məlumat verib: "Novruz xalqımızın məişəti, adət-ənənəsi, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlı olub, əsrlərdən bəridir ki, milli bayram və xalq mərasimi kimi yaşamaqdadır”.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da xalqımızın tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib

BDU-da xalqımızın tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib
21/11/2025

BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”

BDU-da şagirdlərlə görüş: “Hüquq və suverenlik uşaqların gözü ilə”
21/11/2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar
21/11/2025