BDU tələbələri “PAŞA Bank”ın kodlaşdırma üzrə təlim sessiyalarında iştirak edəcəklər

13/07/2021

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri “PAŞA Bank”ın  kodlaşdırma üzrə təlim sessiyalarında iştirak edəcəklər. Ümumi 17 sessiyadan ibarət olan təlimlər 15 iyul 2021-ci il tarixindən etibarən həftədə iki dəfə  olmaqla saat 12:00-da Microsoft Teams üzərindən həyata keçiriləcək. Hər sessiydan sonra Telegram kanalı vasitəsi ilə tələbələrə ev tapşırığı və linklər göndəriləcəkdir. Təlim Bankın Rəqəmsal Mühəndislik komandasının üzvləri tərəfindən keçiriləcək. Sessiyalar zamanı peşəkarlar tərəfindən “Java SE”, “Spring Boot”, “Gradle”, “SQL”, “Liquibase”, “Mikroservis Arxitekturası” və digər texnologiyalar üzrə təlimlər keçiriləcək. Proqramın ümumi 16 sessiyadan ibarət olacağı nəzərdə tutulub. Təlim sessiyalarının sonunda tələbələr xüsusi platforma üzərindən imtahan verəcək və İmtahanı uğurla keçən tələbələr bankdaxili “Mentorship” proqramına qoşulmaq və gələcəkdə “PAŞA Bank”da təcrübə keçmək şansı qazanacaqlar.

Qeyd edək ki, təlimlər PAŞA Bank ilə BDU arasında əməkdaşlığa dair imzalanan memorandum çərçivəsində həyata keçirilir. Memoranduma əsasən nformasiya texnologiyalarının, innovasiyaların tətbiqi, təhsil və bank sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın istifadəsi və inkişafında qarşılıqlı əlaqələndirmə, təhsil və bank xidmətləri sahəsində birgə seminar, treninq, konfrans və digər təhsil tədbirlərinin təşkili və həyata keçirilməsi nəzərdə tutulub.

 

Xəbərlər

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir
17/01/2025

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib

BDU əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində apardığı tədqiqatların nəticələrini təqdim edib
17/01/2025

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub

BDU-nun 537 tələbəsi COP29-da aktiv könüllü fəaliyyətinə görə təltif olunub
17/01/2025