BDU tələbələri Prezident Kitabxanasında

24/11/2025

“BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri müasir texnologiyalar əsasında təşkil edilmiş, modern infrastruktura malik Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.

Ekskursiya çərçivəsində könüllülərə kitabxananın tarixi, strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları, informasiya bazaları və kitabxanada həyata keçirilən rəqəmsallaşdırma prosesləri barədə ətraflı məlumat verilib. İştirakçılar oxu zalları, elektron məlumat mərkəzi, kitabxananın nadir nəşrlər fondu ilə tanış olublar.

Ekskursiya zamanı tələbələrə Prezident Kitabxanasının rəqəmsal platformalarında axtarış imkanları nümayiş etdirilib, kitabxananın mütəxəssisləri tərəfindən onların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026