BDU tələbələri Prezident Kitabxanasının iş təcrübəsi ilə tanış olublar

07/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin II kurs tələbələri müasir texnologiyalar əsasında təşkil edilmiş, modern infrastruktura malik Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının iş təcrübəsi ilə tanış olublar.

Kitabxananın əməkdaşları Prezident Kitabxanasının fəaliyyəti, strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları və eləcə də prioritetləri barədə tələbələrə ətraflı məlumatlar veriblər. Tələbələr kitabxananın elektron kataloqu ilə tanış olublar. Prezident Kitabxanasında həyata keçirilən rəqəmsallaşdırma prosesləri barədə ətraflı informasiyalar onların diqqətinə çatdırılıb.

Görüş zamanı tələbələrin sualları Prezident Kitabxanasının mütəxəssisləri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, təcrübə rəhbəri Rəşad Qardaşov Prezident Kitabxanasının rəhbərliyinə yaradılmış şəraitə, tələbələrə göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026