BDU tələbələri Prezident mükafatçıları olan gənclərlə görüşüb

28/02/2022

Bakı Dövlət Universiteti (BDU) və “Gənclərin maariflənməsinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Prezident mükafatçıları olan gənclərlə görüş keçirilib.

Tədbirdə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi yad edilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, BDU-da fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyəti haqqında məlumat verib və həyata keçirilən layihələrdən bəhs edib. O qeyd edib ki, BDU tələbələri ölkənin  ictimai-sosial həyatında və gənclər siyasətinin həyata keçirilməsində fəal rol oynayırlar.

Daha sonra “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mükafatlandırılan gənclər – ASAN Könüllülər Təşkilatının sədri Emiliya Bayramova və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edərək təmsil etdikləri təşkilatların məqsəd və vəzifələri haqqında tələbələrə məlumat verib, fəal gəncləri ictimai iştirakçılığın təmin edilməsində aktivliyə dəvət ediblər. Onlar həmçinin şəxsi karyerada uğur qazanmağın yolları, könüllülük fəaliyyətinin təşviqi və ictimai fəallığın gənclərin gələcək karyeralarına müsbət təsirindən danışıblar.

Diskussiya şəklində davam edən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026