BDU tələbələri “Qədim yurd yerimiz – Qərbi Azərbaycan” adlı kitab sərgisində

25/06/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qədim yurd yerimiz – Qərbi Azərbaycan” adlı kitab sərgisini ziyarət ediblər.

BDU tələbələrini sərgi ilə tanış edən Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Qərbi Azərbaycanın tarixi, mahalları, əhalisi barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız dəfələrlə deportasiyaya məruz qalıb, öz yurd yerlərindən didərgin düşüb, minlərlə insan vəhşicəsinə qətlə yetirilib. Tələbələr Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumatlandırılıb. İcma tərəfindən təsdiq edilmiş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nda yer almış prioritetlər şərh olunub. Bildirilib ki, sərginin keçirilməsində məqsəd qədim yurd yerlərimiz haqqında sənədlərin, tarixi məlumatların, elmi araşdırmaların yer aldığı kitabların təbliği, Azərbaycan həqiqətlərinin tanıdılmasıdır.

“Qədim yurd yerimiz – Qərbi Azərbaycan” adlı kitab sərgisi ilə tanışlıq tələbələrdə böyük təəssürat yaradıb, Milli Kitabxananın əməkdaşları tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, sərgidə qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan xanlığı, Göyçə, Dərələyəz, Vedibasar, Ağbaba, Zəngəzur, Zəngibasar mahallları və digər tarixi torpaqlarımız haqqında müxtəlif mövzularda kitablar nümayiş olunur.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026