BDU tələbələri Qobustan palçıq vulkanlarına baxış keçiriblər

02/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının bir qrup müəllim və tələbəsi Qobustan Palçıq Vulkanları Turizm Kompleksinə səfər edib. Səyahətin məqsədi həmin rayonda geoloji proseslərin öyrənilməsi və həmin ərazinin təbii resurs potensialının araşdırılması olub.

Tələbələrə bildirilib ki, Qobustan palçıq vulkanlarının elmi tədqiqi böyük əhəmiyyət daşıyır, çünki bu cür elmi tədqiqat nəticələri ətraf mühitin qorunması və gələcəkdə baş verə biləcək təbii fəlakətlərin proqnozlaşdırılmasında mühüm rol oynayır. Palçıq vulkanlarının geoloji xüsusiyyətlərini, təbii və müalicəvi xüsusiyyətlərini dərindən araşdırmaq bir çox başqa elmi-təcrübi sahələrdə tədqiqatlara zəmin yaradır.

Tələbələr Qobustan palçıq vulkanlarının xüsusiyyətləri, burada yerləşən stratiqrafik süxurlarla tanış olublar.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026