BDU tələbələri qrant müsabiqəsinin qalibi olublar

04/02/2022

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən təşkil edilmiş yerli qrant müsabiqəsi olan Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinin qalibi olublar. Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqəyə “Kimya elmləri” sahəsi üzrə təqdim olunan layihələrdən ikisi yüksək qiymətləndirilib. Bunlardan biri BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının tələbələrinin və ADNSU-nun əməkdaşının təqdim etdiyi layihə olub.

Universitetin tələbələri “Yeni azometin əsaslı virus əleyhinə agentlərin dizaynı, Gaussian/Maestro proqramları ilə molekulyar səviyyədə tədqiqi və in vitro öyrənilməsi” mövzusunda layihə ilə müsabiqədə qalib olublar. Layihənin rəhbəri ADNSU-nun müəllimi, kimya üzrə fəlsəfə doktoru Nərminə Quliyevadır. Layihə heyətinə BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasında elmi-tədqiqat işi yerinə yetirən magistrantlar Gültəkin Mehrəliyeva və Samirə İsmayılova, bakalavr tələbə Ruslan Quliyev daxildir.

Layihədə Ag və TiO2 nanohissəcikləri ilə modifikasiya olunmuş yeni azometinlər əsasında virus əleyhinə agentlərin dizaynı, in vitro öyrənilməsi və Gaussian/Maestro proqramları ilə molekulyar səviyyədə tədqiqi həyata keçiriləcəkdir. Layihə BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasında və ADNSU-nun Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunda yerinə yetiriləcəkdir.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026