BDU tələbələri QİÇS-lə mübarizə tədbirləri haqqında məlumatlandırılıb

08/05/2025

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatı və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşəbbüsü ilə “İİV gizli düşməndir” mövzusunda tələbələrlə görüş keçirilib.

Görüşdə tələbələrə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) və İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) mahiyyəti, yayılma yolları və ondan qorunma vasitələri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən təhlükəlisi odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox yüksəkdir. Çünki həm İİV-in, həm də hepatit B,C-nin yoluxma və yayılma yolları demək olar ki, eynidir.

Görüş zamanı Mərkəzin əməkdaşları gəncləri bu sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzinə marağı artırmaq üçün maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın, milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verməyin vacibliyini vurğulayıb, virusun simptomları, müasir müalicə metodları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Sonda İİV/QİÇS üzrə ilkin yoxlamaların aparılması və erkən diaqnostikanın təmin olunması məqsədilə tələbələrdən könüllü şəkildə qan nümunələri götürülüb.

 

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026