BDU tələbələri Ərəb dili üzrə Asiya debat çempionatında müvəffəqiyyət sertifikatına yiyələniblər

06/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri Omanın paytaxtı Maskatda keçirilən Ərəb dili üzrə Asiya debat çempionatında müvəffəqiyyət sertifikatına yiyələniblər.

Qeyri-ərəb ölkələrinin də iştirak etdiyi beynəlxalq yarışda BDU-nun gələcək şərqşünasları çətin qruplardan birində mübarizə aparıblar. Tələbələr Tayland komandası üzərində qələbə qazanıb, Malayziya komandası qarşısında az fərqlə xal itiriblər.

Debat çempionatında əsas mövzuları biomüxtəliflik, yaşıl iqtisadiyyat, ekoloji təhlükəsizlik kimi qlobal problemlər təşkil edib.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026