BDU tələbələri şərqşünaslığın tarixindən danışıb

25/05/2021

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi təşkilatçılığı ilə “Orientalizmin tarixi” adlı onlayn tədbir keçirilib. Fakültənin çoxsaylı müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə fakültə THİK sədri Didar Salmanlı tədbirin məqsədi haqqında məlumat verib.

Fakültənin dekan müavinləri -  dosent Nigar İsmayılzadə, Şahin Yusifli və Tərlan Məlikov tədbirdə çıxış edərək,  şərqşünaslığın mahiyyəti, inkişaf tarixi, Şərq ədəbiyyatı və mədəniyyəti haqqında məlumat verib. Çıxışlarda bildirilib ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində şərqşünaslıq elminin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlar aparılır, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində elmi işlər həyata keçirilir. Fakültənin ölkəmizdə şərqşünaslıq elminin yeni mərhələyə yüksəldilməsi işinə verdiyi töhfələrdən və yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında xidmətlərindən bəhs edilib.

Tədbir tələbələrin çıxışları ilə davam edib.

Sonda tələbələr Şərq dünyası ədiblərindən şeir parçaları səsləndiriblər.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026