BDU tələbələri Rusiyanın Roskonqress Fondunun təcrübə kursunda iştirak ediblər

02/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi”, “Coğrafiya” və “Turizm işinin təşkili” ixtisasları üzrə II-III kurs tələbələri Rusiyanın Roskonqress Fondu tərəfindən təşkil edilmiş bir aylıq onlayn təcrübə kursunda iştirak ediblər. Tələbələrin elmi rəhbəri Fiziki coğrafiya kafedrasının baş müəllimi İrkən Aktoprakdır.

Tələbələr təcrübə müddətində həmçinin "Azərbaycan Odlar Yurdu" layihə- müsabiqəsində iştirak ediblər.  Roskonqress Fondunun təcrübə rəhbəri Vladislav Qureviç BDU tələbələrinin bu layihədə olduqca aktiv iştirakını qeyd edib.

Tələbələrin layihə üçün təqdim etdikləri məqalələr Azərbaycanın təbiəti, tarixi, tanınmış şəxsiyyətləri, müasir reallıqlarına həsr edilib. Müsabiqənin nəticələrinə əsasən, Coğrafiya fakültəsinin 11 tələbəsinin işi finalda ən yaxşılar sırasında yer alıb.

Sonda tələbələrə sertifikatlar verilib.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026