BDU tələbələri Səməd Vurğunun ev muzeyində

09/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində şairin ev muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiya çərçivəsində bələdçinin təqdimatı əsasında tələbələrə şairin zəngin yaradıcılığı haqqında geniş məlumat verilib. Səməd Vurğun poeziyasında vətənpərvərlik, humanizm, ana dilinə bağlılıq və milli-mənəvi dəyərlərin bədii ifadəsi diqqətə çatdırılıb. Tələbələr şairin əsərlərində xalq ruhunun, milli kimliyin və dövrün ictimai-siyasi hadisələrinin necə əks olunduğunu yaxından öyrənmək imkanı əldə ediblər.

İştirakçılar muzeydə qorunub saxlanılan şəxsi əşyalar, nadir əlyazmalar, müxtəlif dövrlərə aid nəşrlər və fotoşəkillərlə tanış olub, bu eksponatlar vasitəsilə görkəmli şairin həyat və yaradıcılığı haqqında daha dolğun məlumat əldə ediblər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026