BDU tələbələri süni intellekt sistemlərinin hazırlanması barədə məlumatlandırılıb

19/05/2026

“BDU könüllüləri” təşkilatı və “DİV Academy”nin birgə təşkilatçılığı ilə “Rəqəmsal körpü: İnnovasiyaya addım” layihəsi çərçivəsində “Al Engineering” təlimi keçirilib.

Təlim zamanı süni intellektin müasir dövrdə cəmiyyətə, təhsilə və əmək bazarına təsiri barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, süni intellekt texnologiyaları artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və bir çox sahədə iş proseslərinin daha sürətli, effektiv və innovativ şəkildə həyata keçirilməsinə imkan yaradır. Təhsil sahəsində süni intellekt əsaslı platformalar öyrənmə imkanlarını genişləndirir, tələbələrin bilik və bacarıqlarının daha çevik şəkildə inkişafına şərait yaradır. Əmək bazarında rəqəmsal transformasiyanın sürətlənməsi yeni peşələrin formalaşmasına, texnoloji bacarıqlara olan tələbatın artmasına və iş mühitində innovativ yanaşmaların tətbiqinə səbəb olur. Təlim çərçivəsində süni intellektin media, biznes, səhiyyə və idarəetmə sahələrində tətbiq perspektivləri, eləcə də bu texnologiyaların etik istifadəsi, məlumat təhlükəsizliyi və insan faktorunun qorunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, gənclərin gələcək əmək bazarında rəqabətqabiliyyətli kadr kimi formalaşması üçün rəqəmsal biliklərin və süni intellekt savadlılığının əhəmiyyəti xüsusi vurğulanıb.

Təlim iştirakçıların mövzu ətrafında suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026