BDU tələbələri “SOS Uşaq Kəndi”ndə elmi-praktik təcrübədə

13/12/2024

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Psixologiya ixtisası üzrə IV  kurs tələbələri “SOS Uşaq Kəndi”ndə koqnitiv fəaliyyətin qiymətləndirilməsinə yönəlmiş elmi-praktik təcrübə keçiblər.

BDU-nun SABAH qruplarının müəllimi, eklektik psixoterapiyanın supervayzeri David Poladovun rəhbərliyi ilə təşkil olunan elmi-praktik təcrübə zamanı uşaqların diqqət, yaddaş, problem həll etmə bacarıqları, digər idrak funksiyaları psixometrik və neyropsixoloji testlər vasitəsilə qiymətləndirilib. Bildirilib ki, bu yanaşma uşaqlarda potensial koqnitiv problemlərin erkən aşkarlanmasına və inkişaf strategiyalarının hazırlanmasına zəmin yaradır. Bu, nəzəri bilikləri praktik təcrübə ilə zənginləşdirərək, tələbələrin elmi-tədqiqat sahəsində bacarıqlarını inkişaf etdirməyə imkan verir.

Əldə edilən nəticələr həm “SOS Uşaq Kəndi”ndə yaşayan uşaqların koqnitiv inkişafına yönələn fərdi yanaşmaların təkmilləşdirilməsi, həm də tələbələrin peşəkar sahədə praktiki biliklərinin artırılması baxımından əhəmiyyətli rola malikdir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026