BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

05/06/2026

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Kompüter elmləri” ixtisası üzrə IV kurs tələbələri Samir Həbibov, Gülçin Ətlərova və Səidə İsmayılova “Birbank” tərəfindən təşkil olunan “Spark Tələbə İnnovasiya Proqramı”nda II yerə layiq görülüblər.

Yeni texnologiyalar və innovasiyalar sahəsində maraqlı gəncləri bir araya gətirən proqramda 140 komanda iştirak üçün müraciət edib. Seçim mərhələsinin nəticələrinə əsasən, yalnız 9 komanda final mərhələsinə vəsiqə qazanıb. BDU tələbələrinin təqdim etdiyi “AEVIC Esports” layihəsi finalda yüksək qiymətləndirilərək II yerə layiq görülüb.

“AEVIC Esports” Azərbaycanda yaradılan ilk çoxfunksiyalı esports platformalarından biri kimi esports ekosistemini vahid platformada birləşdirməyi hədəfləyir. Layihə oyunçular, komandalar, təşkilatçılar və tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin gənclər üçün yeni inkişaf və karyera imkanlarının yaradılmasını nəzərdə tutur.

Layihənin gələcək planları sırasında turnirlərin təşkili, oyunçu inkişafı, komanda idarəçiliyi, istedadların aşkarlanması və Azərbaycanda esports sənayesinin inkişafına töhfə vermək yer alır.

BDU tələbələrinin bu uğuru onların innovativ düşüncə, texnoloji bacarıq və sahibkarlıq potensialının göstəricisi olmaqla yanaşı, Universitetdə formalaşan innovasiya mühitinin nəticəsidir.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026