BDU tələbələri təbii fəlakətlərin qarşısının alınması barədə maarifləndirilib

22/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Təbii fəlakətlər: tanı, anla, qarşısını al” adlı diskussiya keçirilib.

Diskussiyanın açılışında çıxış edən tələbələr təbii fəlakətlərin müasir dövrdə artan təsirindən bəhs edərək, bu mövzuda maarifləndirmə işlərinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, iqlim dəyişiklikləri fonunda baş verən proseslər təbii fəlakətlərin tezliyini və intensivliyini artırır. Bu, gənclərin mövzuya daha dərindən yanaşmasını zəruri edir.

Tədbirin əsas hissəsində iştirakçılar zəlzələ, sel, torpaq sürüşməsi və digər təbii proseslərin yaranma səbəbləri, yayılma arealları və təsir mexanizmləri barədə geniş fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı həm nəzəri biliklər, həm də real hadisələrə əsaslanan nümunələr üzərindən analizlər təqdim olunub, müxtəlif ölkələrdə baş vermiş fəlakətlər müqayisəli şəkildə şərh edilib.

Sonra tələbələr arasında sual-cavab sessiyası və qrup müzakirələri təşkil olunub. İştirakçılar fövqəladə hallarda davranış qaydaları, risklərin azaldılması üsulları və ilkin təhlükəsizlik tədbirləri ilə bağlı praktiki tövsiyələrlə tanış olublar.

Sonda vurğulanıb ki, bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi tələbələrin ekoloji və coğrafi savadlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə daha geniş auditoriyanı əhatə edəcək oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026