BDU tələbələri Təbiət Tarixi Muzeyində

26/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya ediblər.

Muzeyin ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri öz əksini tapıb. Ekskursiya zamanı tələbələr arxeoloji qazıntılar zamanı aşkarlanan müasir və geoloji keçmişdə yaşamış onurğasız, onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri ilə tanış olublar. Tələbələrə muzeyin zoologiya, paleontologiya və geologiya bölmələrində saxlanılan nadir eksponatlar haqqında məlumat verilib.

Muzeydə Dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və s. kolleksiyalar tələbələrin xüsusi marağına səbəb olub. Biologiya fakültəsinin tələbələri    muzeyin Onurğalı heyvanların paleontologiyası, Təkamül biologiyası və Biogenetik analiz (DNT) şöbələrində aparılan elmi-tədqiqat işləri  və arxeoloji tapıntılar, elmi dəlillərlə də tanış olublar.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026