BDU tələbələri təbiətdə bioloji növ müxtəlifliyi və onun qorunmasının əhəmiyyətindən danışıb

27/05/2021

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələri və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə "Təbiətdə bioloji növ müxtəlifliyi və onun qorunması" adlı maarifləndirici onlayn seminar keçirilib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT sədri Nigar Muxtarzadə Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkə olduğunu, ölkə ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alındığını bildirib. Qeyd edib ki, bütün dünyada təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin qorunub saxlanılmasında mühüm rol oynayır.

Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov çıxış edərək təbiətdə bioloji müxtəlifliyin qorunması və bu istiqamətdə həyata keçirilən işlər haqqında danışıb.

Biologiya fakültəsi TGT sədrinin müavini Dürdanə Rəcili təqdimatla çıxış edərək təbii planetar biogen komponentlərdə pozulmalar, eləcə də bunun nəticəsində biosferə və cəmiyyətə olan ekoloji təhlükələrin artması, genefondun pisləşməsi, Yer planetində həyatın mühafizəsi problemlərini kəskinləşməsindən bəhs edib.

Tədbir diskussiya formatında davam edib.

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026