BDU tələbələri təltif olundu

26/12/2017

Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən “İlin tələbəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bakı Biznes Mərkəzində keçirilən mükafatlandırma mərasimində çıxış edən ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov il ərzində təşkilatın reallaşdırdığı layihələrdən danışıb. Sonra Gənclər və idman nazirinin müavini İntiqam Babayev,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev,Prezident Administrasiyasının əməkdaşı Kənan Firdovsioğlu çıxışlarında gənclər təşkilatlarının, o cümlədən tələbə gənclər təşkilatlarının, tələbələrin ölkəmizin ictimai-siyasi həyatında fəallığından danışıb, il ərzində gənclərlə bağlı bir sıra mühüm layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Sonra mükafatlandırma mərasimi olub.

Mükafatlanma mərasimində BDU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini, Ekologiya və torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Leyla Kazımova “2017-ci il ərzində Tələbə Gənclər Təşkilatında göstərdiyi uğurlu fəaliyyətə görə” diplomu ilə təltif olunub.

Cari ildə “İctimai və elmi fəaliyyətinə görə” fərqlənən Bakı Dövlət Universitetinin Fizika fakültəsinin 4-cü kurs tələbəsi Ləman Cavadova “İlin tələbəsi” nominasiyası üzrə qalib elan olunub.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2017-ci il.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026