BDU tələbələri “Təmiz Şəhər” ASC-yə ekskursiya ediblər

10/04/2025

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə tələbələr “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi” çərçivəsində “Təmiz Şəhər” ASC-yə ekskursiya ediblər. Səfərin məqsədi tələbələri tullantıların idarə olunması, təkrar emalı və ekoloji maarifləndirmə sahəsində aparılan işlərlə yaxından tanış etmək olub.

Ziyarət zamanı ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı müəssisənin fəaliyyəti haqqında geniş məlumat verib. O, tullantıların idarə olunması, düzgün şəkildə ayrılmasının əhəmiyyətindən və bu sahədə gənclər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyindən bəhs edib. Tullantıların ayrılması zamanı tapılan diqqətçəkici əşyalar nümayiş olunub, bu əşyaların sahiblərinə qaytarılması ilə bağlı maraqlı faktlar səsləndirilib.

Səfər çərçivəsində tələbələr Balaxanı Sənaye Parkını da ziyarət ediblər. Onlara sənaye parkının tarixi, fəaliyyəti və burada yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun idarəetmə prosesi haqqında məlumat verilib.

Tələbələr sonda plastik qəlibləmə, çap-kəsim, sürtkü yağı istehsalı və təkrar emal sahələri ilə də yaxından tanış olublar. Bu sahələrdə tətbiq olunan texnologiyalar, xammalın istehsalı prosesi barədə ətraflı məlumat təqdim edilib.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026