BDU tələbələri təmizlik aksiyasında

18/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu, “Təmiz Şəhər” ASC və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə “Sahillər təmiz qalsın” şüarı altında keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak ediblər.

Şüvəlan çimərliyi ərazisində baş tutan aksiya zamanı əlcək və kisələr ilə təchiz olunmuş 100-dən çox fəal tələbə çimərlik ərazisini tullantılardan təmizləyib. Bu il ilk dəfə olaraq dalğıcların iştirakı ilə Xəzər dənizinin sahilyanı ərazisi ilə yanaşı, sualtı hissəsi də tullantılardan təmizlənib.

Günün sonunda toplanan tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026