BDU tələbələri ətraf mühitin qorunmasına dair aksiyada iştirak edib

23/07/2021

Qlobal "Plastiksiz iyul ayı" təşəbbüsünə dəstək olaraq IDEA, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və “Bravo Supermarket Azerbaijan” şirkəti müştəriləri təkistifadəlik plastik torbalar əvəzinə təkrar istifadə edilə bilən torbalardan istifadə etməyə təşviq etmək məqsədi ilə birgə kampaniya keçirib.

Aksiyada Bakı Dövlət Universitetinin  Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri də iştirak ediblər. Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Eco Club"un sədri Aytən Rüstəmova, fakültənin TGT sədrinin müavini Murad İskəndərzadə və fakültənin fəal tələbələrindən Mahir Məmmədov “Koroğlu” metrostansiyası ərazisində “Bravo” hipermarketində əhaliyə yüzlərlə təkrar istifadə edilə bilən çantaları paylamaqla yanaşı, plastikin ətraf mühitə verdiyi zərərlər barədə məlumatlandırıblar.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp BDU-nun könüllüləri ilə görüşüb, onlara ekologiyanın qorunmasında verdikləri dəstəyə görə təşəkkür edib.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026