BDU tələbələri Türkiyədə təqaüd proqramları ilə bağlı məlumatlandırılıb

18/02/2025

Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) nümayəndələri ilə görüş keçirilib. Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, YTB-nin koordinatoru Kemal Kaya və mütəxəssisi Seliha Dursun iştirak ediblər.

Görüşdə bildirilib ki, 2012-ci ildən bəri YTB-nin koordinasiyası ilə müvafiq qurum və təşkilatlarla əməkdaşlıq şəraitində dünyanın müxtəlif ölkələrindən Türkiyəyə təhsil almaq məqsədilə gələn beynəlxalq tələbələrə müxtəlif təqaüd proqramları təqdim edilir. Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə uzun və qısamüddətli proqramlar çərçivəsində hər il 175-dən çox ölkədən təxminən 165 min müraciət alınır və 5 min yeni beynəlxalq tələbəyə təqaüd verilir.

1992-ci ildən bəri proqramın 3000 azərbaycanlı məzunu olub, ümumilikdə isə 5700 azərbaycanlı tələbəyə təqaüd verilib. Hazırda 700 azərbaycanlı tələbə sözügedən təqaüd proqramı ilə Türkiyədə təhsil alır. Təqaüdün məbləğinə proqrama seçilən tələbənin Universitetə və yataqxanaya yerləşdirilməsi, gediş-dönüş bileti, aylıq təqaüdü, sağlıq sığortası, təhsil xərcləri, 1 illik türk dili öyrənməyi və sosial fəaliyyətlərlə məşğul olma imkanı daxildir.

Daha sonra tələbələrlə görüş  keçirilib, tələbələrə təqaüd proqramları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025