BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda ekskursiyada

04/11/2025

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna ekskursiya təşkil olunub.

Ekskursiya zamanı institutun elmi işlər üzrə katibi Afaq Rəcəbli tələbələrə müəssisənin fəaliyyəti, əsas tədqiqat istiqamətləri və elmi nailiyyətləri barədə ətraflı məlumat verib.

Tələbələr institutun müxtəlif şöbə və laboratoriyalarında aparılan elmi-tədqiqat prosesləri ilə yaxından tanış olublar.

Ekskursiyanın sonunda iştirakçılar İstixana tərəvəzçilik şöbəsinin istixanasına baxış keçiriblər. Burada tələbələrə institut alimləri tərəfindən yaradılan yeni pomidor və xiyar sortları təqdim olunub.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026