BDU tələbələri “Tullantıdan sənətə” muzeyində

26/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Tullantıdan sənətə” muzeyində olublar. “Tullantıdan sənətə” muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. Muzeydə “Tullantıdan sənətə” beynəlxalq sərgisində nümayiş olunan əsərlər sərgilənir. Tələbələrə məlumat verilib ki, muzey və keçirilən sərgilər geniş ictimaiyyətin diqqətini təhlükəli, bəzən qarşısıalınmaz ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır. Burada yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əlləri ilə “ikinci həyat” tapıb.

Sonra isə tələbələr “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki qala divarları və XIV-XV əsrlərdən qalma müxtəlif arxeoloji tapıntılarla tanış olublar.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026