BDU tələbələri uşaq sığınacağını ziyarət ediblər

04/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə bir qrup tələbə Ramazan bayramı münasibətilə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edib.

Ziyarətin əsas məqsədi Ramazan bayramında valideyn himayəsindən mərhum olmuş və zorakılığa məruz qalmış uşaqları sevindirmək, onlara dəstək olmaq və bayramlarını daha yaddaqalan etmək olub.

BDU tələbələri uşaqlara müxtəlif hədiyyələr təqdim edib, onlarla birlikdə maraqlı oyunlar oynayıb, qayğıya ehtiyacı olan uşaqlar üçün gözəl bayram əhvalı yaradıblar.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026