BDU tələbələri “Xıllı Balıq” və “Azerbaijan Fish Farm” balıqçılıq təsərrüfatlarında istehsalat təcrübəsində

10/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Su bioehtiyatları və akvabitkilər ixtisası üzrə təhsil alan IV kurs tələbələri Zoologiya və fiziologiya kafedrasının dosenti  Çingiz Məmmədovun rəhbərliyi ilə Neftçala rayonunun Xıllı qəsəbəsində fəaliyyət göstərən “Xıllı Balıq” və Bankə qəsəbəsində yerləşən “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli cəmiyyətlərində (MMC) istehsalat təcrübəsi keçiblər.
Təcrübə prosesində tələbələr təsərrüfların quruluşu, istehsalat prosesində istifadə olunan avadanlıq və qurğular, balıqartırma prosesinin müxtəlif biotexnoloji mərhələləri ilə tanış olublar. Onlar Azərbaycanın qiymətli vətəgə balıqlarından olan nərələrin süni artırılması prosesini, burada tətbiq olunan yeni texnoloji metodları əyani şəkildə izləyiblər. Azərbaycanda ilk dəfə tətbiq olunmuş temperatur rejimi ilə idarə olunan qapalı su təchizatı sistemində mayalanmış kürülərin inkubasiya prosesi, istehsalatın müxtəlif mərhələlərində itkilərin aradan qaldırılması üsulları, sürfə və körpələrin “hovuz üsulu” ilə yetişdirilməsi texnologiyaları, həmçinin onların canlı və qarışıq yemlərlə yemləndirilməsi texnologiyaları tələbələrin marağına səbəb olub. Tələbələr təsərrüfatlarda canlı yem istehsalı, qarışıq yemlərin hazırlanması texnologiyaları, müxtəlif növ nərələrin törədici fondu, balıqartırma və əmtəə məqsədilə istifadə qaydaları ilə ətraflı tanış olublar.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: "Həqiqətin müdafiə xətti"

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: "Həqiqətin müdafiə xətti"
22/10/2026