BDU tələbələri Xıllı Nərə balıqartırma zavodunda olublar

30/11/2015

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bir qrup tələbəsi dosent Əbülfəz Tağıyevin rəhbərliyi ilə Xıllı Nərə Balıqartırma zavoduna nəzəri-praktiki biliklərin mənimsənilməsi məqsədi ilə ekskursiyada olublar.

Bakı- Neftçala marşrutu üzrə Xıllı Nərə Balıqartırma zavoduna yola düşən qrupu  zavodun müdiri Zaur Salmanov qarşılayıb, tələbələrlə görüşün əhəmiyyətindən bəhs edib. BDU-nun Biologiya fakültəsinin məzunu olanZ.Salmanov zavodun yaranma və inkişaf tarixindən danışıb, tələbləri onun infrastrukturu ilə tanış edib. Bildirib ki, zavodun Kür çayı sahilində yerləşməsi balıqartırma təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, balıqların saxlanması üçün şərait məhz Kür çayının hesabına təmin olunub. Onun sözlərinə görə, zavodda 4250- dən çox balıq növü var. Balıqlar üçün lazım olan şəraiti yaradan avadanlıqlar, işıqlandırma sistemi isə elektromexaniklər tərəfindən nəzarətdədir.

Ekskursiya “Mədəniyyət” knalında dosent Əbülfəz Tağıyevin yaradıcısı və aparıcısı olduğu “ Azərbaycan Təbiəti” verilişində yayımlanıb.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2015-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026