BDU tələbələri YARAT Müasir İncəsənət Mərkəzində

23/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Coğrafiya fakültələrinin Tələbə Gənclər təşkilatlarının təşkilatçılığı ilə tələbələr YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya ediblər.

Ekskursiya zamanı tələbələr mərkəzin hər iki bölməsindəki sərgilərlə, maraqlı rəsm əsərləri ilə tanış olublar. Öncə tələbələr 6 azərbaycanlı rəssamın əsərlərindən ibarət “Yoxlanılıb, mina yoxdur!” adlı qrup sərgisinə baxıblar. Sərgi müharibə dəhşətlərini dəf edən və daha da güclənən cəmiyyətdən bəhs edir.

Daha sonra tələbələr 7 gürcü rəssamın yaradıcılığından ibarət “Ekinoks” adlı qrup sərgisinə baxış keçiriblər. Sərgi işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində qurulub.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026