BDU tələbələri yenidən tədris laboratoriyalarında

17/02/2021

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura pillələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və tələbələrin fiziki iştirakını tələb edən fənlər üzrə tədris ənənəvi formada bərpa olundu.

BDU-nun Fizika, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya və Şərqşünaslıq fakültələrində bəzi ixtisaslar üzrə tələbələr xüsusi dərs cədvəli əsasında, növbəlilik prinsipi qorunmaqla ənənəvi formada laboratoriya dərslərinə cəlb edilib. Digər dərslər isə tədris onlayn formada uğurla davam etdirilir.

BDU-da tədris prosesini təmin etmək üçün geniş və zəruri avadanlıqlarla təchiz olunmuş laboratoriyalar hazırlıq vəziyyətinə gətirilib. Karantin rejiminin tələblərinə ciddi riayət olunur. Sosial məsafənin qorunması üçün növbəli dərs cədvəlləri qurulub, tələbələr arasında məsafənin 1,5 metrdən az olmaması təmin olunub.

Qeyd edək ki, pandemiya ilə mübarizə məqsədilə BDU-da müntəzəm olaraq dezinfeksiya işləri aparılır. BDU-nun giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməkxanalarda və s. COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilib. Giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılıb, sanitar qovşaqlarda əl dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr yerləşdirilib. Əməkdaş və tələbələr elektron termometrlə hərarəti ölçüldükdən sonra yalnız tibbi maska ilə universitet ərazisinə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026