BDU tələbələri Zəfər Forumunda iştirak edib

21/06/2021

2021-ci il 16 iyun tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə gənclərinin “Zəfər Forumu” keçiriib. Forumda Bakı Dövlət Universitetində təhsil alan türkiyəli tələbələr də iştirak ediblər.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Erdem Cem Burak Azərbaycanda təhsil alan türk tələbələri adından çıxış edərək, iki ölkənin qardaşlıq münasibətlərinin tarixindən və Qarabağ zəfərinin sevincindən bəhs edib.

Forumda hər iki ölkənin gəncləri adından ikitərəfli münasibətlərin yüksək şəkildə inkişaf etdirilməsinə görə iki ölkənin dövlət başçılarına təşəkkür edilmiş, Azərbaycan-Türkiyə gəncləri tərəfindən Qələbənin şərtləndirdiyi yeni dövrün reallıqlarına uyğun olaraq bütün platformalarda perspektivlər və müasir çağırışlara cavab verən işlərin ortaya qoyulmasının vacibliyi qeyd olunub.

Sonda 44 günlük Vətən müharibəsinin qazi iştirakçıları ilə xatirə fotosu çəkilib.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir
23/09/2026