BDU tələbələri Zəfər muzeyində

06/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə Filologiya fakültəsinin I kurs tələbələri Azərbaycanın qələbə tarixini əks etdirən Zəfər muzeyini ziyarət ediblər.

Tələbələr muzeydə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini əks etdirən eksponatlarla tanış olub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizə, şəhidlərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun şücaəti haqqında ətraflı məlumat əldə ediblər.

Muzeydə ziyarətçilərə 8 ekspozisiya zalında şanlı Qələbənin motivləri tam və interaktiv formada təqdim olunur. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib.

 

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU Gürcüstan Universiteti ilə əməkdaşlığa başlayır

BDU Gürcüstan Universiteti ilə əməkdaşlığa başlayır
06/11/2026