BDU tələbələrinə Azərbaycan Geologiya Muzeyində interaktiv dərs keçilib

13/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyində  "Ekoloji kartoqrafiya və coğrafi informasiya sistemləri" fənni üzrə interaktiv dərs keçilib.

Dərs zamanı BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti Lalə Bayramova mineral ehtiyatların aşkar edilməsi, onların hasilatı və iqtisadiyyatda tətbiqi barədə ətraflı məlumat verib. Dərsdə ölkənin mürəkkəb geoloji quruluşu, müxtəlif eralara və dövrlərə aid faydalı qazıntı, potensial xammal yataqlarının perspektivləri, təbiət-istehsalat münasibətlərinin iqtisadi rentabelliyi ilə yanaşı, təbii müvazinətin qorunmasının aspektləri təhlil edilib, tələbələrin sualları cavablandırılıb.

Sonra tələbələr muzeydəki eksponatlarla tanış olublar.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026