BDU tələbələrinə Bakı Zooloji Parkında mühazirə keçirilib

23/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinə "Biomüxtəlifliyin qorunması" fənninin mühazirə və məşğələ dərsləri Bakı Zooloji Parkında innovativ tədris metodları ilə keçirilib.

Parkın lektoriyasında mühazirə dərsində iştirak edən tələbələrə sürünənlər sinfinin bəzi nümayəndələri ilə əyani şəkildə tanış olmaq imkanı yaradılıb. Sonra tələbələr zooloji parkın ərazisində ekskursiyaya çıxaraq, Azərbaycan və digər ölkələrin unikal fauna nümunələri ilə tanış olublar. Eyni zamanda onlar Azərbaycanın "Qırmızı kitab"ına daxil olmuş, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, reintroduksiya proqramı haqqında məlumat əldə ediblər.

Qeyd edək ki, Bakı Zooloji Parkı 1928-ci ildən fəaliyyət göstərib. 2017-ci ildə "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin (IDEA)  təşəbbüsü ilə zooloji parkda əsaslı yenidənqurma işləri başlayıb və 2021-ci ildə parkın açılışı olub. Yenidənqurma işlərindən sonra zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb. Hazırda zooloji parkda 125 növ heyvan saxlanılır. Onlardan 22 növü “Qırmızı kitab”a daxil edilib. Həmçinin zooparkın akvaterrariumunda 62 növ heyvan saxlanılır. Parkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılması təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026