BDU tələbələrinə Bakı Zooloji Parkında mühazirə keçirilib

11/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələrinə “Heyvan ekologiyası” fənninin mühazirə dərsi Bakı Zooloji Parkında innovativ tədris metodları ilə keçirilib.

Tələbələrə zooparkda məskunlaşan müxtəlif heyvan növləri, onların həyat tərzi, ekoloji xüsusiyyətləri və etologiyası barədə məlumat verilib. Həmçinin, tələbələrə sürünənlər sinfinə mənsub olan saqqallı aqama, adi boa, eublefar, həşəratlar sinfinə aid Madaqaskar tarakanı və bir çox heyvan növləri ilə əyani şəkildə tanış olmaq fürsəti yaradılıb.

Sonra tələbələr parkın ərazisindəki Azərbaycanın yerli fauna nümunələri, müxtəlif coğrafi bölgələrə məxsus heyvan növləri ilə tanış olublar. Onlara Azərbaycanın “Qırmızı Kitab”ına daxil, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, populyasiyalar üçün ekoloji təhlükələrin aradan qaldırılması, ərazidə həyata keçirilən reintroduksiya proqramı haqqında da məlumat verilib.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026