BDU tələbələrinə "CV yazarkən nələrə diqqət etməliyik?" mövzusunda təlim keçirilib

20/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru Universitetin Tələbə Gənclər Təşkilatı ilə birlikdə tələbələr üçün "CV yazarkən nələrə diqqət etməliyik?" mövzusunda təlim keçirib.

Təlimi giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov iştirakçılara sektorun fəaliyyəti, tələbələr üçün təşkil ediləcək təlim və seminarlar haqqında məlumat verib.

İşə qəbul mərhələsində namizədin CV-sinin çox önəmli olduğunu qeyd edən İlkin Şərifov düzgün edilmiş müraciətin işin qazanılması üçün əsas şərtlərdən olduğunu deyib. Bildirib ki, əksər hallarda namizədlərin CV-ni düzgün yazmadığı və göndərmədiyi müşahidə olunur. Sonra İlkin Şərifov tələbələri uğurlu CV yazmağın qaydaları ilə tanış edib.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026