BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

19/03/2019

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Koreyaşünaslıq ixtisası 2007-ci ildən açılıb və 12 il ərzində bu ixtisas üzrə 64 nəfər məzun olub. Tədris yerli müəllimlərlə yanaşı, koreyalı mütəxəssislər tərəfindən aparılır. BDU Koreyanın bir neçə ali təhsil müəssisəsi ilə anlaşma memorandumu imzalayıb, Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə universitetdə Bakı Koreya dili Natiqlik, Yaradıcılıq müsabiqəsi, Koreya pop musiqi festivalı keçirilib, Koreya dili və mədəniyyətini təbliğ edən, Qafqaz regionunda ilk dəfə olaraq BDU-nun nəzdində Kral Sejonq İnstitutu fəaliyyətə başlayıb, tələbələrin Koreyanın ölkəmizdəki səfirliyində təlim-təcrübə kurslarına iştirakları təmin edilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Koreyaşünaslıq ixtisasında təhsil alan və Koreyanın ölkəmizdəki səfirliyində təcrübə keçən tələbələrlə görüşüb. Çay süfrəsi arxasında tələbələrlə fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və təlim proqramı haqqında danışılıb. Məlum olub ki, təlim proqramı tələbələrlə müzakirə şəklində təşkil edilib və müxtəlif sahələr üzrə aidiyyəti diplomatlar tərəfindən aparılıb. Təlimdə Koreya-Azərbaycan diplomatik, siyasi və iqtisadi əlaqələri, Koreya mədəniyyəti, Koreyada təhsil və təlim proqramları haqqında müzakirələr aparılıb.

BDU-nun rektoru Elçin Babayev tələbələrin təcrübə müddətində fəaliyyətlərini yüksək qiymətləndirib, fikirlərini Koreya dilində sərbəst ifadə etmələrindən məmnun qaldığını söyləyib.

Koreya səfirliyinin müşaviri Yim Jean Hyeok, öz növbəsində, tələbələrin bilik və bacarığından razı qaldıqlarını vurğulayıb.

Sonra tələbələrə Koreya səfirliyi tərəfindən verilmiş sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş 10 günlük təlim proqramına Koreyanın Azərbaycanda fəaliyyət göstərən “Unico Logistics Baku”,  “Hansol EME Co., Ltd”, “Heerim Architects & Planners Co. Ltd”  və “Samsung Electronics Co. Ltd” şirkətləri də qoşulub.

 

Mətbuat və informasya şöbəsi, 19 mart 2019-cu il.

KİV-də yayımlananlar


Xəbərlər

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib
05/12/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb

03/12/2019

Tehranın Şərif Universitetinin professoru BDU-nun Nano Araşdırmalar Mərkəzində seminarda çıxış edib

Tehranın Şərif Universitetinin professoru BDU-nun Nano Araşdırmalar Mərkəzində seminarda çıxış edib
02/12/2019