BDU Tələbələrindən Multikuturalizmə dəstək davam edir

05/09/2016

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetin ictimaiyyətçi-fəal tələbələrinin yay tətili dövründə istirahətini səmərəli, əyləncə dolu və maraqlı keçirmək məqsədi ilə respublikamızın səfalı, yay turizm obyektlərinə, tarixi diyarşünaslıq muzeylərinə mütamadi ekskursiyalarını təşkil edib.

BDU THİK 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsini əsas götürərək bölgələrdə yaşayan etnik qrupların mədəniyyətləri haqqında tələbələri məlumatlandırır və bununla Azərbaycan Respublikasında multikulturalizmə dəstəyini nümayiş etdirir.

BDU THİK tələbələrin yay tətilinin səmərəli təşkil olunması üçün son ekskursiyasını təşkil edib. Ekskursiyalar çərçivəsində tələbələr son olaraq Qəbələ rayonunda olublar. Ümumilikdə 7 tur təşkil olunub.

Ekskursiyalarda BDU gəncləri Oğuz rayonu tarixi və turistik obyeklərində, Qəbələ rayonunun Nohur göl, Qəbələnd, Yeddi Gözəl şəlaləsi, Tufandağ yay-qış kompleksində, İsmayıllı-Lahıc turunda isə Lahıc qəsəbəsində, Lahıc Tarixi Diyarşünaslıq muzeyində, Dağ şəlaləsində, Asma körpüdə olublar.

Mətbuat və informasiya şöbəsi, 05 sentyabr 2016-cı il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026