BDU tələbələrini Quba və Xızıya yola saldı

07/07/2014

Bu gün Bakı Dövlət Universitetinin 17 fakültəsi üzrə istehsalat təcrübəsinə start verilib. Tələbələr təhsil aldıqları fakültələriin profilinə uyğun olaraq orta məktəblərə, universitetin nəzdindəki “Gənc istedadlar” liseyinə, Elmlər Akademiyasının nəzdindəki müxtəlif institutlara, İqtisadi istehsalat mərkəzinə, zavodlara, media qurumlarına, rayon və şəhər məhkəmələrinə , hüquq mühafizə orqanlarına və s. göndərilib.

Eyni zamanda Filologiya, Tarix,  Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Coğrafiya fakültələrinin 1000-dək tələbəsi prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə bu gün avtobuslarla universitetin Qubada yerləşən Tədris, təcrübə və istirahət mərkəzinə, o cümlədən Xızıda yerləşən Altıağacdakı Tədris təcrübə bazasına yola salınıblar.

Təcrübə 4 avqust 2014-cü il tarixində başa çatacaq.

Mətbuat və İnformasiya şöbəsi, 07 iyul 2014-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026