BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu

13/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşəbbüsü ilə Jurnalisitika fakültəsinin tələbələri üçün “ANEWZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub. Səfərin məqsədi tələbələrin media sahəsində praktiki biliklərini artırmaq, televiziya mühiti ilə yaxından tanış etmək, gələcək peşə fəaliyyətlərinə dair ilkin təcrübə qazanmalarına dəstək göstərmək olub.

Kanalın Biznesin inkişafı departamentinin direktoru Rəna Cəfərova, tərəfdaşlıq üzrə menecer Nəzrin Qasımova və redaktor Anzulə Cəfərova tələbələri televiziya kanalının gündəlik fəaliyyəti, xəbər istehsalı prosesi, redaksiya işi, efir hazırlığı və texniki avadanlıqların iş prinsipi ilə yaxından tanış ediblər. Nəzrin Qasımova iştirakçılara müasir media mühitində jurnalistin rolu, operativ xəbərçilik, reportaj hazırlanması və televiziya yayımının əsas mərhələləri barədə ətraflı məlumat verib.

İnfotur çərçivəsində tələbələr studiya, montaj və xəbər redaksiyalarına baş çəkib, televiziya sahəsinin praktiki tərəflərini müşahidə etmək imkanı əldə ediblər. İnfotur zamanı media sahəsində karyera imkanları, peşəkar inkişaf yolları və televiziya jurnalistikasının müasir çağırışları ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026