BDU tələbələrinin Bakı Zooloji Parkına ekskursiyası

02/03/2024

Bakı Dövlət Universitetinin "BDU könüllüləri” təşkilatının Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin  təşəbbüsü ilə tələbələrin 3 mart - Dünya Vəhşi Təbiət Günü münasibətilə Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı tələbələrə Azərbaycanın "Qırmızı kitab"ına daxil olmuş, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, reintroduksiya proqramı haqqında məlumat verilib. Tələbələr digər ölkələrin unikal fauna nümunələri ilə də tanış olublar.

Qeyd edək ki, Bakı Zooloji Parkı 1928-ci ildən fəaliyyət göstərir. 2017-ci ildə "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin (IDEA)  təşəbbüsü ilə zooloji parkda əsaslı yenidənqurma işləri başlayıb və 2021-ci ildə parkın açılışı olub. Yenidənqurma işlərindən sonra zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb. Hazırda zooloji parkda 125 növ heyvan saxlanılır. Onların 22 növü “Qırmızı kitab”a daxil edilib.  Zooparkın akvaterrariumunda 62 növ heyvan saxlanılır. Parkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılması təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.

 

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026