BDU tələbələrinin Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında möhtəşəm uğuru

12/08/2024

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev  və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında böyük uğura imza atıblar.

Belə ki, Vüqar Quliyev Olimpiadada I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub.

Olimpiada avqustun 5-dən 11-dək Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilib. İştirakçılara cəbr, analiz (real və kompleks), həndəsə və kombinatorika sahələrini əhatə edən məsələlər təqdim edilib.

Qeyd edək ki, tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.

Tələbələrimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026