BDU tələbələrinin Fizika İnstitutuna infoturu təşkil olunub

06/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşəbbüsü ilə Elm və Təhsil Nazirliyinin Fizika İnstitutuna infotur təşkil olunub. İnfoturda Fizika fakültəsinin 23 tələbəsi iştirak edib.

İnfoturun əsas məqsədi tələbələri institutun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyələr verməkdir.

Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası laboratoriyasının rəhbəri Rəhim Ələkbərov, Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının əməkdaşı Firuzə Cəfərova tələbələri aparılan elmi araşdırmalar, istifadə edilən müasir texnologiyalar və innovativ yanaşmalarla tanış ediblər. Tələbələrə laboratoriyalardakı təhlükəsizlik qaydaları barədə də məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026