BDU tələbələrinin ingilis dilində kommunikasiya bacarıqları artırılır
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Lingua Conversation Club”un təşkilatçılığı ilə tələbələrin ingilis dilində kommunikasiya və danışıq bacarıqlarının inkişaf etdirilməsinə dair təlim keçirilib.
Təlimçi Ceyla Hüseynova ingilis dilində sərbəst ünsiyyətin qurulması, fikirlərin aydın ifadə olunması, danışıq zamanı söz ehtiyatından düzgün istifadə və tələffüzün təkmilləşdirilməsi məsələlərinə toxunub. O, tələbələrlə gündəlik ünsiyyətdə və müxtəlif kommunikasiya situasiyalarında istifadə olunan ifadələri bölüşüb, danışıq prosesində qarşıya çıxan dil baryerinin aradan qaldırılması yollarını izah edib. Eyni zamanda ingilis dilində danışarkən səhv etmək qorxusunun ünsiyyətə mane olmaması, müntəzəm praktikanın və interaktiv söhbətlərin dil bacarıqlarının inkişafındakı əhəmiyyəti barədə tövsiyələrini verib.
Təlim interaktiv müzakirələr və praktiki tapşırıqlarla davam edib.





